RU

Həkim bronxitin müalicəsində edilən ən böyük səhvi açıqladı

Otolarinqoloq Lyudmila Caparidze bildirib ki, kəskin bronxitin əksər hallarda antibiotiklərlə müalicəsi tələb olunmur.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bronxitin on hadisədən doqquzu virus mənşəli olur və bu zaman antibiotiklər nəinki faydasızdır, hətta zərər verə bilər.

Həkim vurğulayıb ki, antibiotik yalnız bakterial iltihab sübut ediləndə əsaslandırılır. “Kəskin bronxit diaqnozu antibiotiklərin avtomatik təyini üçün göstərici deyil”, – deyə o qeyd edib.

Caparidze əlavə edib ki, bəlğəmin rənginin dəyişməsi bakterial infeksiyanın sübutu deyil, bu, təbii prosesin nəticəsi ola bilər. Bakterial infeksiyanın əsl əlaməti isə qısa müddətli yaxşılaşmadan sonra vəziyyətin yenidən pisləşməsidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
12
e-saglam.az

1Источники