RU

Təyyarədə ilginc anlar: səhhəti pisləşdi, nazir xilas etdi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko Vyetnam hava yollarından birində uçuş zamanı xəstələnən şəxsə yardım edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “SHOT” Telegram kanalı məlumat yayıb.

“Həmin şəxs Moskvadan Hanoya gedirdi. Uçuşa üç saat qalmış 50 yaşlı rusiyalının səhhəti kəskin şəkildə pisləşdi: o, hipertonik böhran keçirdi. Bunun fonunda ekipaj üzvləri digər sərnişinlərdən yardım istədilər.

Eyni reysdə Rusiyanın səhiyyə naziri Mixail Muraşko Vyetnam rəhbərliyi ilə görüşmək üçün işgüzar səfərdə idi. O, bir saat ərzində xəstənin vəziyyətini stabilləşdirə bildi”, – məqalədə qeyd olunub.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
globalinfo.az

1Источники