RU

TƏBİB Sumqayıtda xəstəxananın həyətində aşkarlanan döl barədə açıqlama yayıb - Yenilənib

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 14.09.2025-ci il tarixində saat 14:20 radələrində mühafizə polisi tərəfindən ölü döl aşkar edilib...

Bu barədə "Report"un yerli bürosuna TƏBİB-dən bildirilib.

Hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.

Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.

***

Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq qız dölü aşkarlanıb.

"Report"un yerli bürosu məlumat verir ki, dölün kimə aid olduğu və kim tərəfindən əraziyə atıldığı hələlik müəyyən edilməyib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Döl aidiyyəti qurumlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Избранный
13
5
poliqon.info

6Источники