“Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında görüşə ümid edirik”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov Türkiyənin “Hürriyyət” nəşrinə müsahibəsində deyib.
O qeyd edib ki, bunun üçün hər iki tərəfin müvafiq gündəliyi hazırlaması tələb olunur.
Yerxov vurğulayıb ki, Rusiya danışıqlara hazırdır, lakin ilkin hazırlıq olmadan belə görüş mümkün deyil. O, həmçinin qeyd edib ki, Türkiyə bu görüşün təşkilinin asanlaşdırılmasında mühüm rol oynaya bilər.
Müsahibədə Yerxov Türkiyədəki fəaliyyəti ilə bağlı təəssüratlarını da bölüşüb. Türkiyədə olmasının diplomatik karyerasında mühüm mərhələ olduğunu qeyd edib. O, “ürəyinin bir hissəsini Türkiyədə qoyub getdiyini” vurğulayıb.