RU

Qurban Qurbanov ona “quyu qazan” adamı yuxarı başda əyləşdirdi

Elxan Məmmədov Bakıda - Qurban Qurbanovun oğlunun toyunda iştirak edib

Sentyabrın 11-də Bakının dəbdəbəli restoranlarının birində Qurban Qurbanov oğluna toy edib. Musa Qurbanlı 23 yaşında subaylığın daşını atıb.

Futbol ictimaiyyətinin əksər üzvlərinin iştirak etdiyi toyda sürpriz adlar da olub. AFFA-nın sabiq baş katibi və icraçı vitse-prezidenti, hal-hazırda FİFA-da vəzifə daşıyan Elxan Məmmədov da dəvətlilər arasında yer alıb.

Nazir və yüksək vəzifəli məmurların iştirak etdiyi toy məclisinə AFFA rəsmiləri və İcraiyyə Komitəsinin üzvləri də çağırılıblar.

Qurban Qurbanovun bir vaxtlar məhz Elxan Məmmədovun təşəbbüsüylə millidən qovulduğunu nəzərə alsaq, sabiq baş katibin dəvəti əksər qonaqlarda təəccüb doğurub.

Çünki kuluarlarda bu iki nəfər arasında çoxdandır münasibətin olmadığına dair fikirlər səslənirdi.

Elxan Məmmədov məclisin yuxarı başında əyləşib. Özü də ondan sonra AFFA-nın baş katibi postunu tutmuş, indi münasibət saxlamadığı Sərxan Hacıyevlə üzbəüz…

SPORTİNFO.AZ

Избранный
25
sportinfo.az

1Источники