Gəncədə bıçaqlanma hadisəsi baş verib.
1985-ci il təvəllüdlü Gəncə sakini, Eşqin Kərimov döş qəfəsinin kəsiyi diaqnozu ilə xəstəxanaya çatdırılıb.
O, əməliyyat edilib, hazırda vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, hadisəni törətməkdə həmin şəxsin qardaşı şübhəli bilinir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.