RU

Polşa razılıq verdi: Hərbçilər əraziyə yeridilir

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Polşa Prezidenti Karol Navrotski NATO-ya üzv ölkələrin qoşunlarının respublika ərazisində olmasına imkan verən qətnaməni imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnterfaks” Polşa Milli Təhlükəsizlik Bürosuna istinadən xəbər yayıb.

Məlumata görə, alyansın hərbi qulluqçuları “Şərq keşikçiləri” əməliyyatı çərçivəsində əlavə olaraq Polşa ərazisində yerləşdiriləcək.

“Prezidentin fərmanı məxfidir”, – deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, son günlər Polşa gündəmini pilotsuz uçuş aparatları ilə bağlı insidentlər zəbt edib. Sentyabrın 10-na keçən gecə ölkə ərazisinə 20-yə yaxın PUA düşüb. Hadisə fonunda NATO-ya məxsus döyüş təyyarələrinin zədələndiyi, bir neçə hava limanının isə müvəqqəti bağlandığı bildirilib.

Baş nazir Donald Tusk məsələ ilə bağlı çıxışında Moskvanı təxribatda ittiham edib.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
globalinfo.az

1Источники