RU

Şəmkirdə ağır avtomobil qəzasında ölən həkimin GÖRÜNTÜLƏRİ

Şəmkirdə baş-vermiş yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən birinin həkim olduğu məlum olub.

Publika.az Oxu.az-a istinadən xəbər verir ki, qəzada ölən "Hyundai" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Kənan Çobanlı stomatoloq kimi çalışıb.

Qeyd edək ki, hadisə gecə saatlarında, Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Avtomobildə olan digər sərnişin, 1991-ci il təvəllüdlü Süleyman Məmmədli də həyatını itirib.

Onların toydan qayıdarkən qəzaya düşdükləri məlum olub.

Избранный
12
11
publika.az

10Источники