RU

200-ə yaxın insan boğularaq öldü

Sentyabrın 10 və 11-də Konqo Demokratik Respublikasının şimal-qərbində iki gəminin batması nəticəsində 200-ə yaxın insan həlak olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "RFI" radiostansiyası məlumat yayıb.

Hər iki faciə Ekvator əyalətində baş verib. Nsolo və Marinqa çaylarının qovuşduğu ərazidə 60-ı tələbə olmaqla 100-dən çox insan boğularaq ölüb. Səkkiz nəfər xilas edilib, gəmidə olan insanların dəqiq sayı müəyyənləşdirilir. 

Ertəsi gün axşam Konqo çayında gəmi alovlandı və çevrildi. Radiostansiyanın məlumatına görə, 100 nəfər həlak olub. 

Öz növbəsində Euronews portalı gəmidə 500 nəfərin olduğunu bildirib. Onlardan 209-u özü üzərək sahilə çıxa bilib.

Geniş avtomobil və dəmir yolu sistemlərinin olmadığı Konqoda su nəqliyyatı əsas nəqliyyat vasitəsidir.

"Cebheinfo.az" 

Избранный
20
11
cebheinfo.az

10Источники