RU

Premyer Liqa: “Neftçi -“Sabah” oyununda qalib müəyyənləşmədi

BAKI, 14 sentyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının IV turunun son oyun günündə “Neftçi” və “Sabah” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Palms Sport Arena”da keçirilən qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Bu nəticədən sonra Samir Abasovun komandası 3 xalla turnir cədvəlin 10-cu, Valdas Dambrauskasın kollektivi isə 4 xalla 9-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, turun bu gün baş tutan digər qarşılaşmasında “Şamaxı” “Karvan-Yevlax”ı 3:0 hesabı ilə məğlub edib. Daha əvvəl "Araz-Naxçıvan" "Kəpəz"ə 2:0, "Turan Tovuz" "Qəbələ"yə 1:0, "İmişli" isə "Sumqayıt"a 1:0 hesabı qalib gəlib. "Qarabağ" - "Zirə" oyununda isə qalib müəyyənləşməyib - 1:1.

Избранный
17
teleqraf.com

1Источники