RU

Putinin bu addımı Lukaşenkonu qorxuya saldı: Avropa onlar üçün hərəkətə keçdi

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə son söhbətində “Zapad-2025” hərbi təlimlərinin miqyasından narahatlığını ifadə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Birincilər Hovuzu” teleqram kanalı məlumat yayıb. O etiraf edib ki, manevrlər Avropa tərəfindən eskalasiya kimi qəbul edilə, ABŞ isə Minsk ilə əlaqələrini yenidən kəsə bilər.

Məlumata görə, Lukaşenko hətta NATO-nun qəzəbinə tuş gəlməmək üçün təlimlərin sakit vəziyyət yaranana qədər təxirə salınmasını, hətta tamamilə ləğv edilməsini təklif edib.

Putin isə bu arqumentləri əsassız adlandırıb və bildirib ki, NATO artıq Rusiya və Belarus sərhədlərində kontingentini artırır. Kremlin mövqeyinə görə, belə bir şəraitdə müttəfiqlik nümayiş etdirmək vacibdir.

Rusiya Prezidenti əlavə edib ki, “Zapad-2025” təlimlərindən imtina zəiflik kimi qiymətləndiriləcək və bu, həm Rusiyanın, həm də Belarusun imicinə zərər vuracaq.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
1
globalinfo.az

2Источники