RU

Qohum evliliyi qadağasından sonra nikahların sayı azalıbVİDEO

Bu ilin iyul ayının 1-dən ölkədə əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edilib.

Xezerxeber.az-ın məlumatına görə, qadağadan sonra ölkədə nikahların sayı azalıb. Bu rəqəm yanvar ayında 4717, fevralda 3024, martda 3465, apreldə 3747, mayda 4830, iyunda 5032, iyulda isə 2694 olub.

Sosioloq Üzeyir Şəfiyev deyir ki, qohum evliliklərinin qadağa olunması nihakların sayının azalmasına ciddi təsir edib.

Sosioloq həmçinin nikahlarının sayının azalmasını gənclərdə ailə institutuna marağın azalması ilə əlaqələndirir.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyul aylarında 12146 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə boşanmaların sayı hər 1000 nəfərə 2,1-dən 2-ə düşüb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 



 

 

Избранный
14
5
xezerxeber.az

6Источники