RU

Valdas Dambrauskas: “Heç-heçə ədalətli idi”

Misli Premyer Liqasının IV turunun "Neftçi" - "Sabah" matçından (0:0) sonra qonaqların baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Hər iki komanda üçün nəticə önəmli idi. "Neftçi" qalib gəlməmişdi, biz də son oyunda istədiyimiz nəticə ilə üzləşməmişdik. Daha çox əks-hücumlarımız oldu. Birinci hissədə çox səhvlər buraxdıq. Mövsüm ərzində edə biləcəyimiz maksimum səhvləri buraxdıq. İkinci hissədə oyunun ritmi yaxşı idi. Sonradan meydana daxil olanlar yaxşı təsir bağışladılar. İrəlidə bu qədər az fürsət yaradırsansa, çətindir. Rəqibin də qol fürsəti oldu. Oyunun nəticəsi ədalətli idi".

La Liqa: “Selta” “Jirona” ilə bacarmayıb

Rail Məlikov: "Millinin baş məşqçisinin avtoriteti, ağırlığı olmalıdır"

"Şamaxı" - "Karvan-Yevlax": HEYƏTLƏR

Rüfət Abdullazadənin komandası “Hayduk”u məğlub etdi

Kaxaber Tsxadadze: “Yerli məşqçi daha uğurlu ola bilər”

Избранный
35
1
apasport.az

2Источники