RU

Çexiyanın xüsusi əməliyyat helikopter bölməsi Polşaya göndərilir

Bakı. Trend:

Çexiyanın xüsusi əməliyyatlar helikopter bölməsi yaxın saatlardaPolşaya yerləşdiriləcək.

Trend-in məlumatına görə, müdafiə naziri Yana Çernohovanınaçıqlamasına əsasən, bölməyə üç Mi-171Š helikopteri və təxminən 150hərbçi daxildir. Missiya üç aydan çox olmayacaq və hərbçilər birneçə gün ərzində tapşırıqlarını icra etməyə başlayacaqlar.

Nazir qeyd edib ki, qüvvələrin göndərilməsi bundan əvvəlDeputatlar Palatası tərəfindən təsdiqlənmiş və 2026-cı ilə qədərqüvvədə olacaq mandat çərçivəsində həyata keçirilir. Bu addımNATO-nun şərq cinahının gücləndirilməsi ilə bağlıdır.

Xatırladaq ki, ötən həftə NATO-nun Baş katibi Mark Rütte“Eastern Sentry” (“Şərq keşikçisi”) əməliyyatının başlandığınıaçıqlamışdı. Çexiya isə hələ ki, bu əməliyyata qoşulmayıb, çünkibunun üçün parlamentin hər iki palatasında yeni mandatın təsdiqitələb olunur.

Artırılan təhlükəsizlik tədbirləri Polşanın hava məkanınınpozulması ilə bağlıdır. Qeyd edək ki, ötən həftə 19 dron uçuşuqeydə alınıb. ABŞ Prezidenti Donald Tramp bunu “mümkün səhv”adlandırsa da, Varşava, Berlin, Brüssel və Kiyev hadisəni qəsdənaddım kimi qiymətləndirib.

Избранный
7
az.trend.az

1Источники