RU

ABŞ senatından Rusiya ilə bağlı etiraf: Putin buna əhəmiyyət vermir

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyaya qarşı mövcud tədbirlər səmərə vermədiyi üçün Vaşinqton ikinci dərəcəli sanksiyaları Hindistan, Çin və Braziliyaya yönəldə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem bildirib.

“Putin sanksiyalara əhəmiyyət vermir. Heç bir sanksiya nəticə verməyib”, – deyə siyasətçi etiraf edib.

Qrem Rusiya mallarının alınmasına görə Hindistan, Çin və Braziliyaya qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsi təqdim etdiyini açıqlayıb.

Onun sözlərinə görə, ABŞ Avropa ölkələrinin Rusiya neftinin idxalını tam dayandırmaq istəməməsindən narazıdır və prezident Donald Trampın sərt yanaşmasını mənimsəməyə çağırır.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
globalinfo.az

1Источники