RU

Türkiyədə Əl Qaidə və İŞİD-in təbliğatını aparan şəxslər həbs edilib

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyənin Qaziantep vilayətində Əl-Qaidə və İŞİD terror təşkilatlarının təbliğatını aparmaq və İŞİD-ə üzv olmaq ittihamı ilə saxlanılan 10 şübhəlidən 7-si həbs edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Qaziantep Valiliyi məlumat yayıb.

Məlumata görə, Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə Şöbəsi əməkdaşları Baş Prokurorluqla koordinasiyalı şəkildə şəhərdə müəyyən edilən ünvanlara əməliyyat keçirib. Əməliyyat nəticəsində 10 nəfər saxlanılıb.

Polis idarəsində aparılan istintaq prosesindən sonra məhkəməyə göndərilən şübhəlilərdən 7-si həbs edilib, 3 nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Əməliyyat zamanı iki qanunsuz ov tüfəngi, 223 patron, qılınc və çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Избранный
7
turkic.world

1Источники