RU

Bu gün Azərbaycanda Bilik Günüdür

BAKI, 15 sentyabr. TELEQRAF

Bu gün Azərbaycanda Bilik Günüdür.

Teleqraf xəbər verir ki, bu əlamətdar gün Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən təsis edilib. Fərmana əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır.

Bu il yeni tədris ilinə ümumilikdə 2.2 milyon təhsilalanla başlanılır. Onlardan 226 mini məktəbəqədər təhsili, 1,6 milyon ümumi təhsili, 63 min nəfər isə orta ixtisas təhsilini, 40 min nəfər peşə təhsilini və 246 min nəfər ali təhsili əhatə edir.

130 mindən çox şagird isə 1-ci sinfə gedəcək.

Qeyd edək ki, 2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacaq.

Избранный
22
16
teleqraf.com

10Источники