RU

Naxçıvanda avtomobil aşdı - Yaralılar var

Naxçıvanda ağır yol qəzası baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 75-CB-211 dövlət nömrə nişanlı "KİA" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəzada 1998-ci il təvəllüdlü Qələndərov Azər Asəf oğlu və onun sərnişini, 2003-cü il təvəllüdlü Əliyeva Sevinc Hüseyn qızı xəsarət alıblar.

Избранный
47
16
publika.az

10Источники