RU

Tramp: Rusiya, Ukrayna və ABŞ sammiti nisbətən tezliklə baş tutacaq

BAKI, 15 sentyabr. TELEQRAF

Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ABŞ-nin iştirakı ilə üçtərəfli görüş çərçivəsində danışıqlar nisbətən tezliklə baş tutacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Nyu-Cersi ştatında Ağ Evin mətbuat korpusu jurnalistləri ilə söhbəti zamanı bildirib.

Tramp, Putin və Zelenskinin nə vaxt görüşə biləcəyi barədə suala belə cavab verib: “Bilmirəm, nisbətən tez. Biz bu məsələni bu və ya digər şəkildə, lakin nisbətən tezliklə həll edəcəyik”.

Избранный
31
teleqraf.com

1Источники