RU

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb

AzVision.az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə - 139 nəfər köçürülüb.

Doğma yurda qayıdan Kəlbəcər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

AzVision.az

Избранный
11
47
azvision.az

10Источники