RU

Məşhur aktrisa Şarliz Teronun avtomobili oğurlandı

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Məşhur Hollivud akrtisas; Şarliz Teronun avtomobili oğurlanıb.

Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, insident kino ulduzunun Los-Ancelesdəki evində qeydə alınıb. Oğru aktrisanın malikanəsinin ərazisinə birbaşa açıq darvazadan daxil olub.

Oğurlanan "BMW"nin açarının avtomobilin içərisində olması cinayətkarın işini asanlaşdırıb. Los-Anceles polisi oğurluqda şübhəli bilinən şəxsi axtararkən aktrisanın avtomobilinin izinə düşə bilib.

Qeyd edək ki, son zamanlar Los-Ancelesdə cinayətkarlıq artıb. Belə ki, bir müddət öncə naməlum şəxslər müğənni Diana Rossun qızı Treysi Elis Rossun evinə daxil olaraq dəyəri 100 min dollardan çox olan qızıl-zinət əşyaları və çantaları oğurlayıblar. Həmçinin, aktyor Bred Pitt də soyğunçuların qurbanı olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
44
2
oxu.az

3Источники