RU

Cənubi Koreya, ABŞ və Yaponiyanın iştrakı ilə “Freedom Edge” hərbi təlimləri başlayıb

Cənubi Koreya Respublikası, ABŞ və Yaponiyanın silahlı qüvvələrinin iştirakı ilə keçirilən “Freedom Edge” adlı üçtərəfli hərbi təlimlərə start verilib.

APA xəbər cerir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Təlimlərin əsas özəlliyi ondan ibarətdir ki, iştirakçılar bacarıqlarını dənizdə, havada və kiberməkanda sınaqdan keçirirlər.

Proqram çərçivəsində raketdən və hava hücumundan müdafiə manevrləri, dənizdə hədəflərin ələ keçirilməsi, eləcə də tibbi təxliyə əməliyyatları icra olunacaq.

Təlimlər 15–19 sentyabr tarixlərində Cənubi Koreyanın Çecudo adasının cənub-şərqində yerləşən beynəlxalq sularda keçiriləcək.

Избранный
30
9
apa.az

10Источники