RU

“Qarabağ” Çempionlar Liqası oyunu üçün Lissabona gedib

Azərbaycanın “Qarabağ” klubu sentyabrın 16-da Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Portuqaliyanın “Benfika”sı ilə qarşılaşmaq üçün Lissabona gəlib.

Baş məşqçi Qurban Qurbanov Bakı vaxtı ilə saat 22:30-da “Da Luş” stadionunda mətbuat konfransı keçirəcək. Oyun isə saat 23:00-da başlayacaq. Matçı Belçikadan olan hakim Erik Lambrex idarə edəcək.

Komanda ilə yanaşı, “Qarabağ” U-19 kollektivi də UEFA Gənclər Liqasında “Benfika”nın gənclərinə qarşı oynamaq üçün Portuqaliyaya yollanıb. Onların oyunu da sentyabrın 16-da keçiriləcək.

N.Təbrizli

Избранный
50
50
anews.az

10Источники