MİNGƏÇEVİR, 15 sentyabr. TELEQRAF
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, qəza Heydər Əliyev prospektinin Kür çayı yaxınlığından keçən hissəsində qeydə alınıb.
“Mercedes” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində “Chevrolet”də olan sərnişin – 2004-cü il təvəllüdlü, Yevlax rayon sakini Zinyət Quliyeva xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.