RU

Naxçıvanda birinci sinfə gedən şagirdlərin sayı açıqlandı

2025–2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 50 500 şagird təhsil alacaq. Onlardan 24 345-i qız, 26 155-i oğlandır.
 
Moderator.az xəbər verir ki, yeni tədris ilində məktəbəhazırlıq qruplarında 3 007 uşaq iştirak edəcək.
 
Bu qruplarda 1 418 qız, 1 589 oğlan yer alıb.  Eyni zamanda birinci sinfə 3 822 şagird qəbul olunub ki, onların 1 833-ü qız, 1 989-u oğlandır.
 
Qeyd edək ki, bu tədris ilinin ilk dərsi  "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunacaq.
 
Избранный
17
14
moderator.az

10Источники