RU

Ronaldoya "qızıl buts" təqdim edildi

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının “Qızıl buts”unu alıb.

Operativ Media xəbər verir ki, bu gün keçirilən “Əl-Nəsr” – “Əl-Xolud” (2:0) matçından əvvəl portuqaliyalı futbolçuya ötən mövsüm Səudiyyə Pro-Liqasının ən yaxşı bombardiri kimi mükafat təqdim olunub. Ronaldo 2024/25 mövsümündə keçirdiyi 30 oyunda 25 qol vurub.

Qeyd edək ki, Ronaldo ardıcıl ikinci mövsümdür Səudiyyə Ərəbistanı çempionatının ən yaxşı bombardiri olur.

Избранный
34
10
operativmedia.az

10Источники