ain.az bildirir, Sitat.info saytına əsaslanaraq.
Sabirabad rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Rüstəm Mehman Əliyev oğlu qətlə yetirilib.
Məlumata görə, qətlə yetirilən şəxsin başı bədənindən ayrılıb.
Qətli törətməkdə şübhəli bilinən rayonun Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Qətlin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.