RU

Türkiyədə kibercinayətkarlıqla məşğul olan 364 nəfər saxlanılıb

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya kibercinayətkarlıqla mübarizə çərçivəsində son 10 gündə saxlanılan 364 şübhəlidən 125-nin həbs olunduğunu açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.

“Fırıldaqçılıq, qeyri-qanuni mərc oyunları, uşaq istismarı” cinayətlərini hədəf alan əməliyyatlarımızda mərkəzi 23 vilayətdə 125 şübhəli həbs edilib. Onlardan 94-ü üzrə məhkəmə nəzarəti tədbirləri həyata keçirilib. Digərləri ilə bağlı prosedurlar davam edir",- Yerlikaya bildirib.

İlahə QənbərliMissiya.Az

Избранный
16
1
missiya.az

2Источники