RU

Luka Modriç İtaliya çempionatının 64 illik rekordunu qırdı

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında qol vuran ən yaşlı yarımmüdafiəçi olaraq tarixə düşüb. O, eyni zamanda, "rossoneri" formasını geyinmiş Nils Lidholmun 64 il əvvəl qeydə alınmış rekordunu (38 yaş və 169 gün - 26 mart 1961-ci ildə "İnter"ə qarşı matçda) yeniləyib.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Opta Paolo" məlumat yayıb.

Bildirilir ki, Modriç İtaliya çempionatının 3-cü turunda "Bolonya" ilə keçirilən matçda (1:0) qol vurub.

Qeyd edək ki, 39 yaşlı Luka Modriç yay transfer pəncərəsində azad agent statusu ilə "Real Madrid"dən "Milan"a keçib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
oxu.az

2Источники