1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Naftalanın təbiət qoynunda yerləşən "Garabagh Resort & SPA" müasir yanaşma ilə sağlamlığa qayğı göstərən xüsusi kurortdur. Burada unikal Naftalan müalicəsi ən son tibbi metodlarla birləşir və qonaqlara həm müalicə, həm də tam istirahət imkanı təqdim edir.
"Garabagh Resort & SPA" dayaq-hərəkət sistemi, oynaqlar, dəri və sinir sistemi xəstəliklərinin müalicəsində ixtisaslaşır. Peşəkar həkimlər hər bir qonaq üçün fərdi proqramlar hazırlayır və bütün prosedurlar dəqiq nəzarət altında həyata keçirilir.
Tətbiq olunan əsas müalicələr:
- Naftalan vannaları - iltihabı azaldır, oynaqlarda və əzələlərdə ağrını yüngülləşdirir, dərini sağlamlaşdırır;
- Fizioterapiya, maqnitoterapiya, lazer terapiyası, hidroterapiya - orqanizmə kompleks təsir göstərərək bərpanı sürətləndirir;
- Manual terapiya və müalicəvi gimnastika - bədəni möhkəmləndirir və hərəkət rahatlığını artırır.
Qonaqlar geniş və rahat otaqlarda yerləşdirilir. Restoranda "açıq bufet" sistemi ilə Azərbaycan və Avropa mətbəxlərinin zəngin menyusu təqdim olunur.
İstirahət üçün:
- Yayda açıq hovuz;
- İlin bütün fəsillərində isə qapalı hovuz, fin saunası, türk hamamı və s.;
- Aktiv həyat tərzini qorumaq üçün isə fitnes zalı mövcuddur.
"Garabagh Resort & SPA" qonaqların sağlamlıq ehtiyaclarına uyğun müxtəlif paketlər təklif edir:
- Standart terapevtik paket - ümumi sağlamlığın dəstəklənməsi üçün;
- Premium terapevtik paket - geniş diaqnostika və sürətli bərpa üçün;
- Metabolik paket - maddələr mübadiləsini tənzimləmək və enerjini artırmaq üçün;
- Kosmetoloji paket - dəriyə qulluq və cavanlaşma üçün;
- Valideynlər üçün paket - sağlamlığın qorunması və gücün bərpası ilə yanaşı istirahət imkanı.
"Garabagh Resort & SPA" hər bir qonaq üçün sağlamlığın bərpasını, tam dəyərli istirahəti və rahatlığı birləşdirir. Burada məqsəd yalnız müalicə deyil, həm də qonağın özünü daha güclü və enerjili hiss etməsidir.
Ətraflı məlumat və rezervasiya üçün: www.garabaghotel.az / *5445















