RU

Yeni tədris ilində yaşıl dalğa tətbiq olunan küçə və prospektlərin siyahısı açıqlandı FOTO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Yeni tədris ilində "yaşıl dalğa" tətbiq olunan küçə və prospektlərin siyahısı açıqlanıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında nəqliyyatın hərəkətini tənzimləmək və intensivliyi azaltmaq məqsədilə səhər saatlarından etibarən 8 prospekt və 12 küçədə svetoforlar “yaşıl dalğa” rejimində fəaliyyət göstərir.

Bu tədbir sürücülərin fasiləsiz hərəkətini təmin etmək və nəqliyyat sıxlığının qarşısını almaq üçün nəzərdə tutulub.

“Yaşıl dalğa” tətbiq olunan küçə və prospektlər:

1. Rəşid Behbudov küçəsi;

2. Mikayıl Müşfiq küçəsi;

3. 28 May küçəsi;

4. Yusif Səfərov küçəsi;

5. Məhəmməd Füzuli küçəsi;

6. Həsən bəy Zərdabi küçəsi;

7. Səməd Vurğun küçəsi;

8. Həsənoğlu küçəsi;

9. Ceyhun Hacıbəyli küçəsi;

10. Akademik Həsən Əliyev küçəsi;

11. Əhməd bəy Ağaoğlu küçəsi;

12. Abbasqulu ağa Bakıxanov küçəsi;

13. Şah İsmayıl Xətai prospekti;

14. Mətbuat prospekti;

14. İnşaatçılar prospekti;

16. Fətəli xan Xoyski prospekti;

17. Atatürk prospekti;

18. Azadlıq prospekti;

19. Qara Qarayev prospekti;

20. 8 Noyabr prospekti.

Sürücülərdən xahiş olunur ki, hərəkət zamanı svetofor siqnallarına diqqət yetirsin və “yaşıl dalğa” rejiminə uyğun sürətlə hərəkət etsinlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
28
avtosfer.az

10Источники