RU

"Kəpəz" üçün dördüncü uğursuz start

Misli premyer-liqasının ilk 4 turu “Kəpəz”in xalsız qalması ilə əlamətdar olub.

"Football-plus.az" PFL-ə istinadən xəbər verir ki, Gəncə təmsilçisi “Sumqayıt” (0:3), “Karvan-Yevlax” (2:3) və “Zirə”nin (0:5) ardınca “Araz-Naxçıvan”a da uduzub – 0:2. Qərb təmsilçisi ardıcıl ikinci mövsümdə startdakı 4 turda xal qazana bilmir.

Ümumilikdə isə “Kəpəz” tarixində 4-cü dəfə belə halla üzləşib. 2012/13 və 2022/23 mövsümlərində də gəncəlilər uğursuz startla üzləşib. Ümumilikdə isə bütün matçlarda texniki məğlubiyyət alan “Gənclik” nəzərə alınmasa, tarixdə 28-ci dəfə bir komanda ilk 4 görüşdə məğlub olub. “Kəpəz” dörd, “Bakı”, “Bakılı”, MOİK və “Şəfa” hərəyə iki, digər 16 komanda bir dəfə belə duruma düşüb.

“Şirvan” (Kürdəmir), AZAL, “Ədliyyə”, “Gənclərbirliyi”, “Xəzər” (Sumqayıt), “Qarabağ”, “Qəbələ”, “Lokomotiv”, “Neftqaz”, “Pambıqçı” (Neftçala), “Şahdağ” (Quba), “Şahdağ” (Qusar), “Rəvan”, “Şamaxı”, “Şəmkir” və “Turan” bir belə start yaşayıb.

Избранный
46
13
football-plus.az

10Источники