RU

Roma Papası: Müqəddəs Taxt-Tac böyük səylər göstərdi, amma..

Roma Papası XIV Lev Rusiyanın Ukraynaya hərbi təcavüzünün dayandırılmasında Vatikanın vasitəçilik rolunun məhdud olduğuna dair fikirlərini bildirib...

Poliqon xəbər verir ki, bu barədə Vatican News yazır.

Bir jurnalistin Müqəddəs Taxt-Tacın Ukraynada sülhü təşviq etmək səyləri barədə sualına cavab olaraq, Papa son aylarda hər iki tərəfə səslənən müraciətləri xatırladıb.

"Sülh bu qədər ildən sonra hər iki tərəfdən insanların mənasız şəkildə qətlə yetirilməsinin alternatividir - bu konkret münaqişədə, həm də digər münaqişələrdə. Məncə, insanları birtəhər ayıltmaq lazımdır ki, bu problemi həll etməyin başqa yolu olduğunu başa düşsünlər", deyə pontifik bildirib.

Roma Papası Vatikanın münaqişələrdə vasitəçilik etmək üçün əvvəllər elan etdiyi təkliflərdən, o cümlədən Rusiya ilə Ukrayna arasında danışıqların aparılması imkanından da danışıb:

"Müqəddəs Taxt-Tac müharibənin əvvəlindən bəri çox səy göstərdi ki, həqiqətən neytral mövqe tutsun. Mən sülh tərəfdarı olan Müqəddəs Taxt-tacın səsi ilə çox fərqli və birincisi qədər real olmayan vasitəçi rolunu ayırd edərdim".

Pontifik müharibəyə nəhayət son qoyulması üçün sülh prosesinə başqa ölkələrin də cəlb edilməli olduğu fikrini bildirib:

"Düşünürəm ki, bir çox müxtəlif aktyorlar döyüşən tərəfləri deməyə məcbur etmək üçün kifayət qədər səy göstərməlidirlər: bəsdir, gəlin fikir ayrılıqlarımızı həll etmək üçün başqa yol axtaraq".

Poliqon.info

Избранный
22
poliqon.info

1Источники