RU

AEBA FHN lə birgə təlim keçirib

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sentyabrın 9-12-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Nüvə Təhlükəsizliyi və Mühafizəsi Departamenti Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) ilə birgə “Böyük ictimai tədbirlərin nüvə təhlükəsizliyinin həyata keçirilməsi” mövzusunda təlim keçirib.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd kütləvi tədbirlər, o cümlədən Bakıda keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi zamanı nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasına dəstək, əlaqəli qurumların əməkdaşlarının nüvə və radiasiya təhlükəsizliyi üzrə nəzəri biliklərinin artırılması, eləcə də “Böyük ictimai tədbirlər üçün nüvə təhlükəsizliyi” Proqramı çərçivəsində ölkəyə müvəqqəti idxal edilən cihazlardan istifadə qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

Təlimin ilk günü çıxış edən NRFTDA-nın rəisi Murad Paşayev tədbirin əhəmiyyətindən danışıb, bu istiqamətdə göstərilən dəstəyə görə AEBA-ya təşəkkür edib.

Dinləyici qismində FHN-in aidiyyəti strukturlarının əməkdaşlarının iştirak etdiyi təlimdə Birləşmiş Ərəb Əmirlikləri və Fransa təcrübəsini təqdim edən AEBA ekspertləri Azərbaycanda böyük kütləvi tədbirlər zamanı nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsini yüksək qiymətləndirdiklərini bildiriblər.

AEBA ekspertləri tərəfindən əməkdaşlara mövzu ilə bağlı geniş məlumat verilib, habelə müvafiq cihazlardan istifadə qaydaları barədə zəruri təqdimatlar edilib.

İnteraktiv formada keçirilən təlim zamanı suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, təlim çərçivəsində AEBA mütəxəssisləri “Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi” nin baş tutacağı Bakı Şəhər Halqasında və “Baku Crystal Hall”da olub, ərazidə radioloji təhlükəsizliklə bağlı görülən işlərə yerində baxış keçiriblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
11
apa.az

10Источники