RU

Qərbi Azərbaycan İcması (TV) nə demək istəyir?

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Qərbi Azərbaycan İcmasının nəzdində fəaliyyət göstərən “Qərbi Azərbaycan TV”-nin Feysbuk səhifəsində Səidə Bəkirqızının ünvanına alovlu təbrik yazılıb. Heç şübhəsiz, bu təbrik 54 min izləyicisi olan Qərbi Azərbaycan İcmasının mövqeyini özündə əks etdirir. Niyə məhz indiki situasiyada? S.Bəkirqızının doğum günüdür, sırf buna görəmi?! əslən Qərbi Azərbaycandan olan xeyli sayda jurnalist var, İcma bunların hansını təbrik edir!? Təbrikdə səslənən fikirlər xanım jurnalistin məcburi köçkünlərlə bağlı qalmaqallı çıxışlarına açıq dəstəyin ifadə olunmasıdır. İnsanların təbrik olunması, xüsusilə də xanımların diqqətə alınması təqdirəlayiqdir. Amma...Ölkədə çox maraqlı proseslər baş verir və məlumatlı şəxslər bu proseslərin hansı məqsədlərə xidmət etdiyini yaxşı bilirlər. Dövlətin strateji hədəflərindən birinin reallaşması üçün üç il bundan əvvəl yaradılan Qərbi Azərbaycan İcmasının emosional tərəfkeşlik nümayiş etdirməsi ciddi şübhələr və suallar yaradır. Qərbi Azərbaycan İcmasına iki sualım var: Birincisi, S.Bəkirqızı “Space” TV-dən aşağıdakı bu fikirlərinə görə qovulub: “Yeniyetməyə tə*cavüz edənlərin qızına da eyni hərəkəti etmək lazımdır ki, başa düşsünlər...”. Sual edirəm, Qərbi Azərbaycan İcması təbrik etdiyi S.Bəkirqızının bu fikirlərini də bölüşürmü? Çünki təbrikdə jurnalist “sözün düzünü deyən, qorxmaz, dürüst və cəsarətli” adlandırılır. Məhz belə bir ərəfədə nümayişkəranə mövqe sərgiləmək təsadüf hesab oluna bilməz. Qərbi Azərbaycan İcması bunu da bilməmiş deyil ki, S.Bəkirqızı bu sözləri ilə azyaşlı qızları z*rlamağa məruz qoymaq üçün efirdən çağırış edir. Bu, cinayətə təşviqdir və qanunla məsuliyyət yaradır. Xanımın ağır travmatik xəstəlikdən əziyyət çəkdiyi açıq görünür, jurnalistikanın prinsiplərindən tamamilə xəbərsizdir, klassik vətənpərvərlər kimi çıxışlarında ağlamaqla kütlənin həssas yerlərinə nüfuz edə bilib. İkincisi, tutaq ki, sabah Zəngəzur, Göyçə və Dərələyəz geri qayıtdı. O halda qərbi azərbaycanlıların hamısı Bakıdakı mülklərini, işlərini, qurduqları həyatlarını qoyub doğma yurdlarına geri dönəcəklərmi? Yaxud, qərbi azərbaycanlıların özbaşına köç edib həmin torpaqlarda rahat yaşamaq imkanları olacaqmı? Bəs onda necə olacaq - Səidə Bəkirqızının bu gün toplum halda qarabağlıların ünvanına səsləndirdiyi “niyə qayıtmırsınız torpaqlarınıza?” ittihamı sabah qərbi azərbaycanlıların ünvanına səslənsə, Qərbi Azərbaycan İcması yenə də onu tərifləyib dəstəkləyəcəkmi?Qeyd edim ki, Qərbi Azərbaycan İcmasının əsas ideoloji funksiyalarından biri bölücülüyü, regionçuluğu, ayrıseçkiliyi dəstəkləmək yox, bütövlüyümüzə töhfə verməkdir. Eləcə də Qərbi Azərbaycana qayıdış təkcə qarabağlıların vəzifəsi deyil, qarabağlı, şamaxılı, naxçıvanlı, yardımlılı, gəncəli də və s. bu müqtədir missiyanın əsas dəstəkçiləridir. Samir Feyruzov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
3
demokrat.az

4Источники