Azərbaycanla bir yumruq, bir ürək olmağa davam edəcəyik. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X”də paylaşım edib.
Türkiyə MN Bakının düşmən işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Paylaşımda Nuru Paşa və Qafqaz İslam Ordusunun qəhrəman şəhid və qaziləri rəhmətlə yad olunub.
“Azərbaycan türkü qardaşlarımızla bir ürək, bir yumruq olmağa davam edəcəyik”, - qeyd olunub.