RU

Hadrutda inşa edilmiş məscidə media-tur təşkil olunub - FOTO

Hadrut qəsəbəsində inşa edilmiş məscidə media-tur təşkil olunub.

APA xəbər verir ki, jurnalistlərə məscid barədə məlumat verilib.

Bildirilib ki, məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək elementlərindən istifadə olunub.

Həmçinin qeyd edilib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti tərəfindən həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür.

Qeyd edək ki, məscidin təməlini 2021-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qoyub.

Prezident İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak edib.

Hadrutda Hadrutda Hadrutda Hadrutda Hadrutda
Избранный
24
4
apa.az

5Источники