RU

Gecikdirilmiş 349,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub

İşdən qanunsuz çıxarılmış 48 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-avqust ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 349 334 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 92 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilGməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 48 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Mustafa Kamal
XQ

Избранный
5
7
xalqqazeti.az

10Источники