RU

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tıxacların qarşısını almağa çalışır

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Yeni tədris ilinin başlanması ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən təhsil ocaqlarının yaxınlığında sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bununla bağlı məlumat yayıb.

Bu məqsədlə səhər saatlarından başlayaraq paytaxtın bir neçə küçə və prospektində işıqforlara “yaşıl dalğa” rejimi tətbiq edilir. Bununla yanaşı, nəqliyyat sıxlığına səbəb olan halların aradan qaldırılması üçün mərkəzin əməkdaşları mütəmadi yol polisi ilə əlaqədədirlər.

P.ƏmircanovXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
39
1
xalqqazeti.az

10Источники