RU

Düyü Aİ-Hindistan sazişini poza bilər

AzVision.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, Aİ bu məsələdə Hindistanla razılaşacağı təqdirdəBrüssel-İslamabad münasibətləri gərginləşə bilər.

“Hindistan Aİ ilə danışıqlar zamanı yalnız öz ərazisində istehsal olunan düyü üçün “basmati” adından istifadə etmək hüququnu almağa çalışır. Belə bir addımın Pakistanla münasibətlərə xələl gətirə biləcəyindən ehtiyatlanan Brüssel bu tələbi qəbul etməyə tələsmir”, - adının açıqlanmasını istəməyən Avropa rəsmisi nəşrə açıqlamasında bildirib.

Hindistan Aİ bazarında “basmati” adından istifadə üçün müstəsna hüquq almaq barədə 2018-ci ildə müraciət edib, İslamabad isə analoji addımı 2023-cü ildə atıb. Pakistanın müraciətində bu düyü çeşidinin yalnız ciddi şəkildə müəyyənləşdirilmişbölgələrdə, o cümlədən İslamabadın nəzarətində olan dörd dairədə yetişdirildiyi vurğulanır.

Brüssel belə bir tələbi təsdiqləməyə tələsmir, çünki bu, Pakistanın mübahisəli ərazilər üzərində suverenliyinin faktiki tanınması və Hindistanla münasibətlərdə gərginliyin artması kimi qiymətləndirilə bilər.

Hazırda Brüsseldə paralel şəkildə hər iki ölkənin müraciətlərinə baxılır və Avropa Komissiyası məsələnin həssaslığını vurğulayır.

Xatırladaq ki, Hindistan və Aİ 2007-ci ildən azad ticarət sazişi üzrə danışıqlar aparır, lakin əqli mülkiyyət, kibertəhlükəsizlik və avtomobillər kimi müəyyən malların Avropa bazarına çıxışı ilə bağlı fikir ayrılıqları səbəbindən 2013-cü ildə müzakirələr dayandırılıb. Dialoq 2022-ci ildə bərpa olunub və tərəflər bu ilin sonuna kimi saziş bağlamağa ümid edirlər.

Sahil İsgəndərov
AzVision.az
Избранный
42
1
azvision.az

2Источники