RU

İşləri həmişə tərs gətirən BÜRCƏR: Bəxtsizdirlər

Astroloqlar bəzən bəzi bürclərin daim uğursuzluqlarla üzləşdiyini bildirirlər. Onların sözlərinə görə, bu bürclərin nümayəndələri tez-tez planlaşdırdıqları işlərin tərs getdiyini görürlər.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bəxtsiz adlandırılan bürclər arasında ilk sırada Balıqlar dayanır. Həssas və emosional olduqları üçün verdikləri qərarlar çox vaxt düşünülməmiş olur və bu da uğursuz nəticələrə səbəb olur.

Oğlaq bürcü də işləri yolunda getməyənlər sırasına daxildir. Çalışqan olmalarına baxmayaraq, qarşılarına çıxan maneələr səbəbindən zəhmətlərinin qarşılığını istədikləri kimi ala bilmirlər.

Əqrəb bürcünün nümayəndələri isə bəzən öz inadkarlıqları ucbatından çətin vəziyyətə düşürlər. Onların planları çox vaxt gözlənilməz səbəblərdən pozulur.

Astroloqlar hesab edir ki, bu bürclərin nümayəndələri daha soyuqqanlı və səbirli olduqları halda, bəxtsizliklərini uğura çevirmələri mümkündür.

Избранный
10
3
konkret.az

4Источники