RU

Almaniyada təyyarə qəzaya uğrayıb: 2 nəfər həlak olub

Ajans.az xəbər verir ki,hadisə Fliem şəhəri yaxınlığında, dağlıq Eyfel bölgəsində baş verib. Wittlich Polis Departamentinin yaydığı rəsmi məlumatda bildirilir ki, dünən axşam saat 20:30-da Bitburq hava limanına enməsi planlaşdırılan kiçik ölçülü təyyarə ilə radar əlaqəsi qəfil kəsilib. Radar siqnalının Malberqveyx bölgəsi yaxınlığında itməsi ilə dərhal axtarış-xilasetmə əməliyyatına başlanılıb. Hadisə yerinə 50 nəfərlik axtarış və xilasedici qrup cəlb olunub. Təyyarənin qalıqları yaxınlıqdakı tarlada tapılıb. Təəssüf ki, təyyarədə olan hər iki nəfərin hadisə yerindəcə həlak olduğu bildirilib.

Hazırda qəzanın səbəbləri və həyatını itirən şəxslərin şəxsiyyəti ilə bağlı araşdırmalar davam etdirilir. Alman aviasiya orqanları və yerli hüquq-mühafizə qüvvələri hadisəni nəzarətə götürüblər.

Избранный
18
1
Ajans.az

2Источники