RU

Tatarıstan rəhbəri postuna yenidən Rüstəm Minnixanov seçilib

Tatarıstan rəhbəri Rüstəm Minnixanov 88,09 faiz səslə regional seçkilərdə qalib gəlib. Bu, Mərkəzi Seçki Komissiyasının protokollarının bütün 100 faizi işləndikdən sonra əldə etdiyi məlumatdır. 

Xəbəri “Kommersant” verib. 

Cənab Minnixanovun namizədliyi Vahid Rusiya Partiyası tərəfindən irəli sürülüb. Kommunist Partiyasının namizədi Xafiz Mirqalimov 4,97 faiz səs toplayıb. Liberal Demokrat Partiyasından Ruslan Yusupov 4,20, Sosial Ədalət Uğrunda Rusiya Pensiyaçılar Partiyasını təmsil edən Vitali Smirnov 1,90 faiz səslə sonrakı yerləri  tutublar.

Rüstəm Minnixanov 2010-cu ildən Tatarıstanın prezidentidir, 2015-ci ildə o, regionun rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edilib. O, 2015-ci ilin sentyabrında keçirilən seçkilərdə 94,40 faiz səslə qalib gəlib. 2020-ci ildə 83,27 faiz toplayaraq yenidən qalib olub.

Rusiyada müxtəlif səviyyəli seçkilər sentyabrın 14-də başa çatıb. Ölkə üzrə 16 milyondan çox insan səs verib. Tatarıstanda seçici fəallığı 75,6 faiz təşkil edib.

P.Əmircanov
XQ

Избранный
44
1
xalqqazeti.az

2Источники