RU

2024-cü ildə SOCAR üzrə qaz hasilatı 7718,1 milyon kubmetr olub

BAKI, 15 sentyabr. TELEQRAF

2024-cü il ərzində SOCAR üzrə qaz hasilatı 7718,1 milyon kubmetr olub.

Teleqraf şirkətin ötən il üzrə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə “AÇG” yatağından 13409,1 milyon kubmetr, “Şah Dəniz” yatağından 27772,9 milyon kubmetr, “Abşeron” yatağından isə 1527,9 milyon kubmetr qaz hasil edilmişdir.

2025-ci ilin 1 yanvar tarixinə SOCAR üzrə istismarda olan quyu fondu 7610 quyu (o c. 129 qaz quyusu), fəaliyyətdə olan quyu fondu 5715 quyu (o cümlədən 83 qaz quyusu) təşkil edib.

Избранный
27
teleqraf.com

1Источники