RU

Azərbaycanın ərazi bütövlüyünü buna görə tanıdıq

2022-ci il oktyabrın 6-dan sonra siyasi rəqiblərdən gələn əsas fikir o oldu ki, biz Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdıq. Bu doğrudur, biz bunu heç vaxt inkar etməmişik, amma bu, bütün həqiqət deyil.

KONKRET.az axar.az-a istinadən əbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Niyə mən təkcə Azərbaycanın deyil, İranın, Türkiyənin, Gürcüstanın da ərazi bütövlüyünü tanıdım? Əlbəttə ki, digər qonşularımızla – İran və Gürcüstanla – belə suallar, xoşbəxtlikdən, yaranmadı, amma buna baxmayaraq, bu, vacib bir təsbitdir. Niyə? Sadə səbəbdən: hər bir dövlətin ərazi bütövlüyü qonşularının ərazi bütövlüyü ilə bağlıdır. Ona görə də biz Azərbaycanın ərazi bütövlüyünü tanıdıq ki, Ermənistanın ərazi bütövlüyü tanınsın. Sadəcə olaraq başqa yol yoxdur”, – o bildirib.

Избранный
1
2
konkret.az

3Источники