RU

Həbsdə olan əcnəbi şəxslərin tibbi sığortası ilə bağlı yeni QAYDA

Bakı. Trend:

İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanlarınsiyahısı genişləndiriləcək.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünküiclasında müzakirə olunan “Tibbi sığorta haqqında” Qanundadəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasınınvətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış vəBMT-nin Qaçqınlar üzrə Ali komissarının AzərbaycanRespublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüşəcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesabedilir.

Layihəyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları,Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-ninQaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakınümayəndəliyi tərəfindən himayəyə götürülmüş, habeləhəbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə vəömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tiplicəzaçəkmə müəssisələrində cəza çəkənlər istisnaolmaqla) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərsığortaolunan hesab ediləcək.

Həmçinin, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdanməhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkənşəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənşəxslər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən tibbi xidmətlərin göstərilməsimüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)zəruri tibbi avadanlıq və (və ya) müvafiq sahə üzrə işçilərininolmaması səbəbindən mümkün olmadıqda, həmin şəxslərə icbari tibbisığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi aşağıdakılarnəzərə alınmaqla həyata keçiriləcək.

Belə ki, xidmətlər zərfinin həbs edilmiş şəxslər, müəyyənmüddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmənövündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkməmüəssisələrində cəza çəkən şəxslər istisna olmaqla) münasibətdətətbiqi tibbi xidmətin müştərək maliyyələşmə məbləği və onun tətbiqolunduğu hal hesab ediləcək.

Избранный
46
15
az.trend.az

10Источники