RU

“Azərikard"a məxsus avtomobil hərraca çıxarılır

Oktyabrın 14-ü tarixində “Azərikard” MMC-nin balansında olan avtomobil açıq hərraca çıxarılacaq.

FED.az xəbər verir ki, satışa çıxarılan avtomobil 2013-cü il buraxılışlı “Toyota Camry” markalı minik maşınıdır.

Avtomobilin dövlət qeydiyyat nişanı 99 PG 796-dır.

Hərracda iştirak üçün başlanğıc qiyməti 22 086 manatdır. Ödəniləcək beh isə məbləğin 10%-i qədər yəni 2208,6 manat təşkil edir.

Hərracda iştirak etmək istəyən şəxslərə sənədləri ən geci hərracın başlanmasına 3 bank günü qalanadək Əmlak Xidmətləri Məkanına təqdim etməlidir. 

İştirakçılardan tələb olunan sənədlər:

Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiqlənmiş surətləri;

Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;

Nümayəndə vasitəsilə iştirak ediləcəyi halda - etibarnamə;

“Azərikard” MMC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.

Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20

Избранный
21
fed.az

1Источники