RU

Rusiyanın Tu-22M3 uzaqmənzilli bombardmançı təyyarələri Barents dənizində patrul edib

“Qərb-2025” birgə strateji təlimləri zamanı Rusiyanın Tu-22M3 uzaqmənzilli bombardmançıları Barents dənizinin neytral sularında patrul həyata keçirib.

Herbiand.az Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, uçuş dörd saata yaxın davam edib.

Bombardmançı təyyarələri MiQ-31BM qırıcıları müşayiət edib.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, Tu-22M3 pilotları müntəzəm olaraq Arktika, Şimali Atlantika, Qara və Baltik dənizlərinin, Sakit okeanın neytral suları üzərində uçuşlar həyata keçirirlər.

Bəxtiyar CƏFƏRLİ

Избранный
21
herbiand.az

1Источники