RU

Almaniyada təyyarə qəzası:2 ölü

Almaniyanın qərbində yerləşən Rheinland-Pfalz əyalətinin dağlıq Eifel bölgəsində kiçik təyyarə qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan 2 nəfər həyatını itirib.

Bildirilib ki, təyyarə ilə radar əlaqəsi Malbergweich bölgəsi yaxınlığında kəsilib. Bunun ardınca 50 nəfərlik xilasetmə qrupu axtarışlara cəlb olunub. Təyyarənin qalıqları bir tarlada aşkar edilib.

Qəzanın səbəbləri və həyatını itirən şəxslərin kimliklərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.

Nuriyyə NATİQQIZI

Избранный
22
redaktor.az

1Источники