RU

Medvedev: Rusiya aktivlərini Ukraynaya verənləri təqib edəcəyik

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərini Kiyev rejiminə verərsə, ölkə “dünyanın axırına qədər” təhrikçiləri təqib edəcək. Bu barədə sentyabrın 15-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. 

Məlumatı RİA Novosti verib.

“Əgər bu baş verərsə, Rusiya dünyanın axırına qədər bizim əmlakımızı müsadirə etməyə çalışan Aİ dövlətlərini təqib edəcək. Hər şəkildə”, - o Telegram kanalında yazıb.

Medvedevin sözlərinə görə, Rusiya tərəfi bu beynəlxalq cinayətlərin qarşısını almaq üçün vaxt müddəti bilmədən bütün mövcud hüquqi vasitələrdən istifadə etmək niyyətindədir.

Sentyabrın 10-da Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bəyan edib ki, Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya təzminat şəklində kreditlər vermək üçün istifadə edir. Bundan əlavə, o, 26 ölkənin Ukraynada sülhün təmin edilməsində iştiraka və ya Kiyevə maliyyə dəstəyi verməyə hazır olduğunu bildirib.

P.Əmircanov
XQ

Избранный
27
1
xalqqazeti.az

2Источники